26 Oktyabr 2023 17:20
3 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyev artıq Nikol Paşinyana Azərbaycanın baş naziri səviyyəsində münasibət göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Edqar Qazaryan deyib.

“Əliyev Nikola Azərbaycanın baş naziri səviyyəsində münasibət göstərir. Növbəti mərhələdə onun həmsöhbəti Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, ardınca da Yevlaxın meri olacaq”, - ekspert bildirib.

Qeyd edək ki, bu gün Gürcüstanda keçirilən İpək Yolu Forumunda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edib. Foruma Ermənistan Baş naziri Nikol Paşinyan da qatılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər