17 Yanvar 2015 11:10
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azerspace-1" telekommunikasiya peyki 2016-cı ildə öz xərcini tam çıxaracaq.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, hazırda peykin köməyi ilə göstərilən xidmətlərin kommersiyalaşdırılması üzrə fəal işlər aparılır.

Nazir deyib: "Əgər 2013-cü ilin birinci yarısının nəticələrinə görə, peyk operatoru tərəfindən cəlb edilən kredit vəsaitlərinin 50 faizi ödənilibsə, bu gün həmin göstərici 75 faizə çatıb. Peyk 2016-cı ildən öz xərcini tam çıxaracaq və gəlir gətirməyə başlayacaq”.


Müəllif:

Oxşar xəbərlər