31 Oktyabr 2023 13:54
3 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun yaxın zamanda Azərbaycana işi düşəcək. Fransa elektrikə olan tələbatının 80 faizini atom elektrik stansiyalarından (AES) əldə edir. AES-lərin işləməsi üçün daima urana ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri vurğulayırlar ki, Fransa uranı Afrika ölkələrindən, əsasən də Nigerdən əldə edirdi, amma bu ölkədəki çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr Parisə uran satmaqdan imtina ediblər:

“Bu vəziyyətdə Paris Nigeri urana malik bir başqa dövlətlə əvəz etmək məcburiyyətində qalıb. Makronun məhz buna görə noyabrın 1-də Qazaxıstana gedəcək. Qazaxıstan da kifayət qədər uran ehiyatlarına malikdir. Dünya uran ehtiyatının 40 faizi Qazaxıstandadır. Astananın Fransaya uran satmağa hazır olması işin yarısıdır. Uran təhlükəsizlik səbəblərindən hava yolu ilə daşınmır, quru və dəniz yolundan istifadəyə üstünlük verilir.

Qazaxıstan uranının Fransaya quru yolla daşınması üçün iki – Rusiya və Azərbaycan marşrutu var. Ukrayna müharibəsiylə bağlı Fransanın Rusiya ilə münasibətləri gərgindir. Bu səbəbdən Qazaxıstan uranının Rusiya üzərindən Fransaya çatdırılması problematikdir. Makron hakimiyyətə gəldiyi gündən bəri Azərbaycan əleyhinə siyasət yürüdüb. Bu səbəbdən Qazaxıstan uranının Azərbaycan üzərindən Fransaya daşınması da mümkün görünmür. Makron bu vəziyyətdə “Rusiya, yoxsa Azərbaycan” sualı ilə üz-üzə qalıb. Əgər Makron Azərbaycan əleyhinə siyasətdən imtina edərsə və ölkəmizlə keçmişdə olan normal əlaqələri bərpası qərarı verərsə, Qazaxıstan uranının Azərbaycan üzərindən daşınması ehtimalı arta bilər. Ancaq bunun üçün Makronu Cənubi Qafqaz siyasətini köklü surətdə korrektə etməlidir”.

Təhlildə qeyd olunur ki, Fransanı başqa bir problem də gözləyir:

“Qazaxıstan uranını Çin də alır. Çinin də xeyli AES-i var və onların da böyük həcmdə urana ehtiyacı mövcuddur. Çin Qazaxıstanın uran istehsal edən müəssisələrinə böyük yatırımlar qoyub. 2012-ci ildən başlayaraq Qazaxıstanın ən böyük uran alıcısıdır. Əgər Çin həmin ilə qədər Qazaxıstandan 1750 ton uran alırdısa, sonrakı müddətdə bu rəqəm 6 dəfə artıb. Pekin 2013-cü ildə Qazaxıstandan 15 min ton uran alıb. Çin Qazaxıstanın bütün uranını almağa hazırdır.

Çində 37 işlək nüvə reaktoru var, 20 nüvə reaktoru da tikilir. 2017-ci il üçün daha 40 nüvə reaktoru inşa etməyi planlaşdırır. Yəni Çin urana doyan deyil. Çin ekoloji baxımdan zərərli olan kömür istehsalından imtina etməyi planlaşdırır. Belə vəziyyətdə Qazaxıstanın Fransaya uran satması Çinin maraqlarına ziddir və Pekin buna mane olmaq qüçün Astanaya təzyiq etməyə çalışacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər