“2020-ci ildən sonra Ermənistan hökuməti Mehridə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəmir yolunun (və ya nəqliyyat dəhlizinin) tikintisinin mümkünlüyü ilə bağlı araşdırmalar aparıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın nəqliyyat naziri Qnel Sanosyan jurnalistlərə deyib.
“Memarlıq və İnşaat Universitetinə araşdırmalar aparmaq üçün sifariş verdik. Vəziyyəti və işlərin hansı zaman çərçivəsində görülməli olduğunu bilirik. Başqa sözlə, həmin dəmir yolunu bərpa etmək üçün nə etmək lazım olduğuna dair ilkin təsəvvürümüz var. Amma bütün bunlar siyasi, diplomatik və digər amillər həll olunarsa, baş verə bilər”, - nazir bildirib.
Sanosyan vəziyyətə uyğun olaraq layihələndirmə və tikinti işinin aparılacağını da söyləyib.
Nazirin sülh müqaviləsinə qarşı çıxan jurnalistlərdən birinə cavabı belə olub:
“Biz sülh istəyirik ki, fəlakət olmasın. Siz deyirsiniz ki, biz sülhə tələsirik, siz niyə sülhə tələsmirsiniz, başqa hara tələsməliyik?”