1 Noyabr 2023 12:23
3 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Daxili İşlər Nazirliyi, Qarabağdan gələn erməniləri qanunsuz saxladıqları silahları təhvil verməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan rəhbərliyi Qarabağdan gələnlərin qanunsuz silah saxlamalarından şübhələnir.

Keçmiş separatçı-terrorçu rejimin “silahlı qüvvələrinin birinci komandiri”, hərbi cinayətkar Arkadi Karapetyan isə Azərbaycanın sərhəddən Ermənistana silah keçirilməsinə imkan vermədiyini deyir. Onun sözlərinə görə, Azərbaycan sərhədçilərinin nəzarəti altında Qarabağdan silah çıxarmaq mümkün deyildi.

“Bunun necə ola biləcəyi barədə heç bir fikrim yoxdur. Hər şey o qədər də asan, azərbaycanlılar sadəlövh deyil”, - separatçı bildirib.

Beynəlxalq sülhməramlıların Qarabağda yerləşdirilməsinə gəlincə, Karapetyan bunu mümkünsüz hesab edir.

Terrorçu azərbaycanlılara qarşı kinini də gizlətməyib:

“Biz tamamilə fərqli xalqlarıq, müxtəlif sivilizasiyaların sahibiyik. Məsələn, biz İranda belə yaşaya bilərik, amma azərbaycanlılarla, türklərlə yox”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər