1 Noyabr 2023 15:22
20 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasının yeni qərargahı açılıb. Missiyada ümumilikdə AB-nin 23 üzv ölkəsinin müşahidəçiləri yer alır.

Teleqraf.com xəbər verir ki, bunu AB-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter missiyanın Yeqnadzorda mənzil-qərargahının açılış mərasimində çıxışı zamanı deyib.

“Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, AB missiyası tam fəaliyyət qabiliyyətinə çatıb. Sentyabrın əvvəlində bizim Qafan, Gorus, Cermuk, Yeqnadzor və İcevanda 6 ofisimiz vardı. Patrullarımızın köməyi ilə Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik. Keçən həftə Ermənistan-Azərbaycan sərhədində 1000-ci patrul keçirmişik.

Sərhəd bölgələrində olmağımızla gərginliyin azaldılmasına töhfə veririk. Bütün AB və beynəlxalq ictimaiyyətin diqqətini bu münaqişəyə cəlb edirik, hesabatlarımızla AB-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinə töhfə veririk. Düşünürəm ki, hamımız bu regionun davamlı sülh və sabitliyə layiq olduğu ilə razılaşırıq. Ümid edirəm ki, birlikdə bu məqsədə töhfə verə bilərik”, - missiya rəhbəri bildirib.

Ritter gördükləri işləri “AB-nin Ermənistandakı missiyasının başlanğıcı” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər