2 Noyabr 2023 21:25
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda məktəbli qızların zəhərlənməsi davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, Zəngan şəhərində Kövsər qızlar məktəbində kütləvi zəhərlənmə baş verib, şagirdlər xəstəxanaya aparılıblar.

Məlumata görə, zəhərlənmədən sonra, şagirdlərdən 36-sı Musəvi, 29-u Vəli-Əsr, biri Beheşti, bir şagird isə İmam Hüseyn adına Zəngan xəstəxanalarına göndərilib. Şagirdlərdən 62-si müayinə və ilkin tibbi müalicədən sonra evə buraxılıb, qalan beş nəfər isə hələlik xəstəxanadadır.

Xatırladaq ki, İranda bu, məktəblilər arasında ilk belə hadisəsi deyil. Bundan əvvəl Urmiyada, Qumda, Burucerddə, Tehranda və s. şəhərlərdə məktəbli qızların kütləvi zəhərlənməsi qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər