Bölgədə yollar (və ya nəqliyyat dəhlizləri) qarşılıqlılıq, bərabərlik prinsipi əsasında açılmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazir Azərbaycan Ermənistan sülh müqviləsindən danışarkən bildirib:
“Artıq şərhlər və ya redaktələr mübadiləsi və ya danışıqların altıncı raundudur. Bunlar həmişə bizim meyarlarımız olub. Birincisi, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. Biz burada konkretliyi təmin etmək istəyirik və bu məqsədlə iki ölkənin ərazilərinin ensiklopedik səthləri qeyd olunur.
İkinci prinsip ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında demarkasiya prosesi getməlidir. İndi deyirlər ki, bu proses sovet dövrünün ən son hüquqi, legitim xəritələri əsasında getməlidir. Bu, 1974-1988-ci illərdəki xəritələr toplusudur. SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlərə əsaslanaraq.
Üçüncü prinsip, çox müzakirə olunan mövzu regiondakı kommunikasiyaların blokadadan çıxarılması ilə bağlıdır. Ermənistan nəinki buna qarşı deyil, həm də maraqlıdır, Ermənistan bunu özünün prioritetlərindən biri hesab edir. Bütün infrastrukturlar keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyətini davam etdirməlidir. Qarşılıqlılıq, bərabərlik prinsipi əsasında infrastrukturlar blokadadan çıxarılmalıdır”.