18 Yanvar 2015 02:23
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, QHT Şurasının sədri Azay Quliyev Ermənistanda baş verən son hadisələrə özünün "facebook" səhifəsində münasibət bildirib. O, Qərbin yaranmış vəziyyətdə susqunluğunu, prorseslərə, insanların etirazlarına ikili yanaşmasını sərt tənqid edib.

O, "facebook" hesabında bunları yazıb: "Ermənistan polisi Gümrüdə dinc etirazçılara qarşı aşırı güc tətbiq edərək bir çoxunu həbs edib və bəzilərinə isə cinayət işi açıb. Hələ də nə Avropa İttifaqı (Parlamenti), nə ABŞ və nə də beynəlxalq hüquq müdafiə təşkilatları bu zorakılığa münasibət bildirməyiblər (pisləməyiblər).

Səbəbi maraq doğurur. Görəsən az qala hər gün və ya hər həftə Azərbaycanla bağlı bəyanat verən və adi bir kiçik faktı böyüdərək ölkəmiz əleyhinə siyasi kampaniyaya çevirən bu qurumlar (şəxslər) niyə Ermənistanda baş vermiş bu zorakılğa və hüquq pozuntusuna göz yumurlar? Sərkisyan rejiminə görünür hər şey olar. Deyəsən sadə ermənilərin bəxti heç harda gətirmir".


Müəllif:

Oxşar xəbərlər