10 Noyabr 2023 17:52
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməyə hazır olduğumuzu təsdiqləyirik, amma hələlik dəqiq tarix yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini Mixail Qaluzin deyib.

“Dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması məsələləri üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platformasını təqdim etməyə hazır olduğumuzu təsdiqləmişik. Bu hazırlığımız dəyişməzdir. Belə bir tədbirin keçirilmə vaxtı ilə bağlı razılığa gələndə, vaxtı elan edəcəyik”, - Rusiya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər