Erməni təbliğatı Azərbaycanla İsrail arasında münasibətləri pozmaq üçün Yaxın Şərqdəki münaqişədən istifadə etmək yollarını axtarmaqda davam edir və bunun üçün gülünc feyklər yayır.
Teleqraf.com xəbər verir ki, X-də (Twitter) Azərbaycanda İsrail bayraqlarını yandıran fəallarla bağlı yeni olduğu iddia edilən video yayılır.
Bu video 10 il əvvəl Nardaranda çəkilib. Videoda bir dəstə dini radikalların təxribat təşkil etməsi göstərilir. Onun müəllifləri və Nardaranda olan bütün dini radikallar cəzalarını aldılar. Ermənilər isə ancaq bəzi cinayətkarların keçmişdəki əməlini “kütləvi anti-İsrail aksiyaları” kimi qələmə verə bilərlər.
Azərbaycanla İsrail arasında münasibətlər o qədər yaxşıdır ki, erməni təbliğatçıların feykləri onları poza bilməyəcək.