19 Yanvar 2015 08:04
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi, “IŞIK-2015” və “ANADOLU KARTALI-2015” Hərbi Hava Qüvvələri təlimlərinin keçirilməsi nəzərdə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin iştirakı da planlaşdırılır.

Bundan əlavə, Xəzər dənizində Azərbaycan-Rusiya və Azərbaycan-Rusiya-Qazaxıstan birgə təlimlərinin keçirilməsi də nəzərdə tutulub.


Müəllif: