14 Noyabr 2023 13:07
4 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın 20-dən çox “Bastion” zirehli texnikasını Ermənistana çatdırmaq üçün Gürcüstanın Poti limanına göndərdiyi məlum olmuşdu.

Teleqraf.com xəbər verir ki, Ermənistan artıq gürcü limanı vasitəsilə çatdırılan texnikaların ilk partiyasını təhvil alıb.

Məlumat Gürcüstan tərəfindən təsdiqlənib. “APM Terminals Poti” şirkətindən bildirilib ki, Fransanın “Bastion” zirehli maşınlarının tranziti Ermənistan üçün nəzərdə tutulub.

“Bu yük Avropa Birliyi ölkəsi olan Fransadan gəlib, sanksiyaların tətbiq olunmadığı Ermənistana göndərilib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən müəyyən edilmiş məhdudiyyətlər olmadığı halda, “APM Terminals Poti” sanksiyalar altında olmayan yükləri qəbul etməkdən əsassız olaraq imtina edə bilməz”, - Poti limanının açıqlamasında deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər