16 Noyabr 2023 15:50
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Alen Simonyan separatçı qurumların İrəvanda saxlanmasını ölkəsi üçün təhlükə hesab edir.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Mən burada bəzi “dövlətçilik institutları”nı (ləğv edilmiş qondarma qurumu – red.) saxlamaq və ya inkişaf etdirmək məqsədi görmürəm. Hesab edirəm ki, bu, Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid və zərbədir”, - Simonyan deyib.

Bundan əvvəl Ermənistan hökumətinin xüsusi təyinatlı səfiri Edmon Marukyan da belə bir ideyanın ölkəsinin təhlükəsizliyinə təhdid olduğunu bəyan etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər