16 Noyabr 2023 16:14
1 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ hökumətinin Azərbaycana güclü təzyiq alətləri yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələri şərh edərkən deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin yekun həllindən sonra ABŞ hökumətinin Azərbaycana qarşı “907-ci düzəliş” vasitəsinə əl atması yerdəki durumu dəyişdirməyəcək.

Sərkisyan qeyd edib ki, ABŞ-ın Ermənistana verdiyi vədlər ona inandırıcı gəlmir.

Politoloq ABŞ hökumətinin Azərbaycana qarşı Ermənistana dəstək bəyanatlarına Prezident Co Baydenin seçki kampaniyasının komponenti kimi qəbul edir.

“Bütün bunlar mənə güman etməyə imkan verir ki, seçkilər ərəfəsində olan və kifayət qədər aşağı reytinqə malik olan Bayden administrasiyasının bizimlə bağlı niyyəti nə qədər səmimi olsa da, nə Azərbaycana güclü təzyiq alətləri var, nə də yerdə Ermənistana real təhlükəsizlik təminatları vermək”, - Sərkisyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər