“ABŞ-la Azərbaycan arasındakı diplomatik gərginlik uzun sürməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.
Onun sözlərinə görə, ABŞ-ın Azərbaycana hərbi yardımla bağlı ayırdığı pullar Ermənistanla bağlı yox, İrandan gələn təhdid, xüsusilə Xəzər dənizi sərhədinin təhlükəsizliyi, həmçinin terrorizm və qeyri-qanuni narkotiklərlə mübarizə üçün idi.
Sərkisyan qeyd edib ki, Azərbaycanın bu yardımdan Ermənistana qarşı istifadə etməsinə dair sübut yoxdur.
Ekspert Azərbaycanın ABŞ-ın maliyyəsinə ehtiyacının olmamasına da diqqət çəkib:
“Görünən budur ki, indi Bakının özünün sərbəst maliyyə resursları var.
Azərbaycanla bağlı administrasiya ilə Konqres arasında fundamental fikir ayrılıqları yoxdur, amma bu durum (ABŞ-Azərbaycan gərginliyi – red.) uzun sürməyəcək”.