Ermənistan hakimiyyətinin məqsədi “Qarabağ səhifəsi”ni tamamilə bağlamaqdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin dputatı Artur Xaçaturyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan hökuməti buna hər cür səyi göstərir və göstərəcək.
Xaçaturyan Paşinyan hökumətinin ləğv edilmiş separatçı qurumun Ermənistanda fəaliyyətinə müxtəlif maneələr yaradacağını istisna etməyib.
“Hakimiyyət “bu institutlar”ın (qondarma qurumun – red.) mövcudluğunda müəyyən təhlükələr və risklər görür”, - deputat əlavə edib.