18 Noyabr 2023 16:54
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnanmıram ki, ABŞ və Azərbaycan arasındakı gərginlik çox ciddidir, Ermənistan və Azərbaycana qarşı siyasəti hansısa ölümcül dəyişiklikləri ehtiva edir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Armen Ayvazyan deyib.

“İndiyə qədər baş verənlər nəticələri olan real bir şey deyil. Bəyanatları, ABŞ Konqresi və Senatının Ermənistanın və Qarabağ ermənilərinin xeyrinə qəbul etdiyi qətnamələri, Qarabağı “müstəqil dövlət” kimi tanıyan Fransa Senatının qərarını gördük. Amma bütün bunlar həmin dövlətlərin icra hakimiyyətinin siyasətinə çevrilmədi”, - ekspert bildirib.

Ayvazyan ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırmasına da diqqət çəkib:

“Bunlar ciddi addımlar deyil. Bu gün artıq Azərbaycanın o hərbi yardıma ehtiyacı yoxdur. ABŞ istəsəydi, bunu vəziyyət dəyişməmişdən əvvəl edərdi, Azərbaycana ciddi siqnal verə bilərdi ki, siz ermənilərə qarşı addımlarınızı davam etdirsəniz, daha ciddi addımlar atacağıq. Ona görə də hələ də düşünmürəm ki, bu, çox ağır nəticələrə, ciddi münaqişəyə gətirib çıxarsın. Azərbaycan artıq ABŞ və müttəfiqlərindən, o cümlədən İsraildən kifayət qədər böyük hərbi yardım alıb və almaqda davam edir”.

Onun fikrincə, bu, daha ciddi razılaşmalardan sonra kiçik bir performansdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər