18 Noyabr 2023 18:34
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlin sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

Ermənistan rəsmisi Azərbaycanla danışıqların davam etdirilməsi üçün səy göstərdiklərini də söyləyib:

“İşlər aparılır, müzakirələr davam edir”.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında mümkün görüşə gəlincə, nazir müavini bu barədə heç bir məlumatının olmadığını söyləyib.

Paruyr Ovannisyan ilin sonuna kimi sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər