18 Noyabr 2023 15:09
9 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən payız sessiyasında iştirakdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı, parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan məlumat verib.

Onun sözlərinə görə, Rusiya nümayəndələrinin iştirakı ilə bağlı siqnallar olsa da, bu, baş verməyib.

Xandanyan qeyd edib ki, bəzi Avropa ölkələri Rusiyanın iştirakına etiraz edib. Amma o, hansı ölkələrin buna etiraz etdiyini açıqlamayıb.

“Bundan əvvəlki sessiyalarda həmin ölkələrin hökumətləri rusiyalı nümayəndələrə viza verməmişdilər. Rusiyalı deputatların Ermənistana gəlişi ilə bağlı elə bir problemi yox idi, bəlkə sonra niyə gəlmədiklərini izah edərlər”, - deputat bildirib.

Bununla belə, o, əlavə edib ki, Rusiya nümayəndə heyəti ATƏT PA-nın sədrinə məktub göndərərək, sessiyada iştirak etməyəcəyi barədə məlumat çatdırıb.

Rusiya ilə yanaşı, Azərbaycan və Türkiyə də ATƏT PA-nın İrəvanda keçirilən sessiyasına qatılmayıb. Xandanyan qeyd edib ki, hər iki ölkənin deputatları Ermənistana gəlmək istəsəydilər, təhlükəsizliklərinə zəmanət veriləcəkdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər