21 Noyabr 2023 17:10
7 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqtona gedib bu ölkələrin vasitəçiliyi ilə danışıqlar aparmaqdansa, Tiflisdə müzakirələrin başlanılması hamı üçün faydalı olar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan-Ermənistan sülh danışıqlarındakı son gəlişmələrə diqqət çəkib:

“ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə deyib ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında birbaşa müzakirələrə başlanılmasının tərəfdarıdır. Amerikalı diplomat uzunmüddətli razılaşmanın əldə edilməsi üçün iki ölkənin üzbəüz danışıqlar aparmasının vacib olduğunu bildirib.

Cənubi Qafqaza, o cümlədən Ermənistan və Azərbaycana səfəri davam edən Britaniyanın Avropa işləri naziri Leo Dokerti də eyni sözləri söyləyib: “Sülh və sabitliyin uzunmüddətli nizamlanmasına nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac var”.

Vaşinqton və Londonun birbaşa danışıqlarla bağlı mövqeyi rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür. Prezident İlham Əliyev də Ermənistanla birbaşa danışıqlar ideyasını dəstəkləyir. Həqiqətən uzaq Vaşinqton, Brüssel və ya Moskvaya gedib bu ölkələrin vasitəçiliyi ilə danışıqlar aparmaqansa, qonşu Gürcüstanın paytaxtı Tiflisdə müzakirələrin başlanılması hamı üçün faydalı olar.

Azərbaycan və Ermənistan hər tərəfdən 5-10 nəfərin iştirakı ilə mütəxəssislərdən formalaşan birgə qrup yaratmalı və bu qrup Tiflisdə daimi əsasda müzakirələrə başlamalıdır. Əks halda Bakı İrəvana təkliflərini göndərəcək, aylar sonra onlar cavablarını bildirəcəklər və proses yenidən təkrarlanacaq, nəticə də olmayacaq. Daimi komissiya sülh sazişi, sərhədlərin müəyyənləşdirilməsi və dəhliz mövzusunda müzakirələr aparmalı, yekun sənədi iki ölkənin liderinə təqdim etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər