Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşü planlaşdırılmır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məlumat verib.
“Xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşü planlaşdırılırmı” sualına nazir müavini belə cavab verib: “Hələ belə bir məlumat yoxdur”.
Səfəryan Azərbaycan-Ermənistan dövlət sərhədində sərhəd demarkasiyası komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.
Razılaşmaya əsasən, noyabrın 30-da sərhəddə komissiyasının növbəti iclası keçiriləcək.