20 Yanvar 2015 09:30
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Trend-ə müsahibəsində deyib.

Diplomat qeyd edib: “Latviya əmindir ki, bu uzun sürən münaqişə yalnız sülh yolu ilə və beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır”.

Nazirin sözlərinə görə, Latviya Avropa İttifaqında sədrliyi çərçivəsində ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması üzrə fəaliyyətini tamamilə dəstəkləyir.

E.Rinkeviç, həmçinin münaqişənin həlli prosesində Azərbaycanla Ermənistan arasında birbaşa təmasların vacibliyini qeyd edib.


Müəllif:

Oxşar xəbərlər