Bakının Nərimanov rayonunda məktəblinin qətlə yetirən şəxs həbs edilib.
Bakının Nərimanov rayonunda məktəblinin qətlə yetirən şəxs həbs edilib. Teleqraf.com-un xəbərinə görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Mobil Abdullayevi bıçaqlayaraq öldürən Elsevər Məmmədov həbs olunub.
Baş verən qanlı cinayətin bəzi təfərrüatları məlum olub. 11-ci sinif şagirdi olan Mobil Abdullayev hadisədən əvvəl evdə olub. Mərhumun yaxınlarının bildirdiyinə görə, bu gün səhər saatlarında Mobil Abdullayevi başqa bir sinif yoldaşı çağırıb. Sinif yoldaşının çağırışına evdən çıxan Mobil Abdullayev 10 dəqiqə sonra bıçaqlanıb.
Başqa bir məlumata görə, Mobil Abdullayev hadisədən bir gün əvvəl sosial şəbəkələrdən birində Elsevər Abdullayevlə danışıb. Bu zaman onların arasında mübahisə yaranıb. Sözləri çəp gələn yeniyetmələr mübahisəli məsələni həll etmək məqsədilə “Davud” marketin qarşısında görüş təyin ediblər.
Təyin olunmuş görüş yerində yeniyetmələr yenidən mübahisə ediblər. Hadisə zamanı Mobil Abdullayevin Elsevər Məmmədovu söyməsi iddia olunur. Buna görə də Elsevər Məmmədov bıçağa əl atıb. O, Mobil Abdullayevə 10-dan çox bıçaq zərbəsi vurub və hadisə yerindən qaçıb.
13.00
Binəqədi rayonunda məktəblini bıçaqlayaraq öldürən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Teleqraf.com-a verilən məlumata görə, hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Elsevər Məmmədov cinayəti törədəndən sonra gizlənib. Hazırda onun yerinin müəyyən edilərək tutulması üçün Binəqədi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
11.40
Bakının Binəqədi rayonunda tükürpədən qətl hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Binəqədi şosesində qeydə alınıb.
Binəqədi şosesi, döngə 4 ünvanında yerləşən “Davud market”in qarşısında 1997-ci il təvəllüdlü Mobil Abdullayev bıçaqlanıb. 11-ci sinif şagirdi olan Mobil Abdullayevi xəstəxanaya yerləşdirsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun kim tərəfindən və hansı şəraitdə öldürüldüyü məlum deyil. Məktəblini öldürən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov