İşğaldan azad olunmuş ərazilərdə toplam əkinə yararlı torpaqların həcmi 160 min hektara yaxındır.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Onun sözlərinə görə, bu, kosmosdan aparılan çəkilişlərə əsasən müəyyən edilib: "Əkin aparılacaq sahələrin həcmi isə iqlim, torpağın münbitliyi və digər amillərdən asılı olacaq".