13 Dekabr 2023 15:32
7 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla danışıqlar prosesinin ardıcıl olmasını təmin etməyə çalışır. Qərb platformalarındakı əvvəlki təcrübəni nəzərə alaraq, İrəvan prosesin bu formatda saxlanılmasına üstünlük verir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan Rusiyanın danışıqların Moskvada təşkili təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bundan əvvəl xarici işlər nazirləri və liderlər səviyyəsində Brüsseldə bir neçə görüş keçirilib və fundamental məsələlər razılaşdırılıb:

“Sülh müqaviləsi layihəsi, eləcə də fundamental məsələlərin müzakirəsi əvvəlki dövrdə də olub. Ona görə də Ermənistan bəyan edir ki, səmərəlilik məsələsi var. Danışıqları davam etdirmək və sıfır nöqtəsinə qayıtmamaq çox vacibdir”.

Xandanyan qeyd edib ki, 10 noyabr üçtərəfli bəyannaməsi Rusiyanın vasitəçiliyi ilə imzalansa da, bir çox bəndləri təmin olunmayıb: “Ermənistan tərəfi üçün prioritet razılaşmaların yerinə yetirilməsidir. Üstəlik, platforma və formatdan asılı olmayaraq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər