Ermənistan tərəfindən saxlanılan 2 azərbaycanlı hərbçi Azərbaycana təhvil verilib.
Bu barədə Teleqraf.com-un Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir.
Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən azad olunaraq Azərbaycana qaytarılıb.
Təhvil vermə prosesində hər iki ölkənin müvafiq dövlət qurumlarının əməkdaşları iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Razılığa əsasən, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikasının 32 erməni hərbçini, Ermənistan Respublikası isə 2 azərbaycanlı hərbçini azad edib.