Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti görüşünün razılaşdırılmış tarixləri yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Hər mərhələdə növbəti mərhələyə və ya növbəti görüşə qədər işin fərqli olacağını düşünürəm və bu mənada hansısa standart şərtlərlə razılaşmağın mənası yoxdur. Bu dəfə iş prosedurunu müzakirə etdik, növbəti iclasda məncə, reqlamenti müzakirə edəcəyik - metodologiyanın təsviri, təriflər və sair. Bu, çox mürəkkəb layihə olacaq və daxili dövriyyə baxımından daha çox vaxt tələb edəcək. Növbəti görüşdən sonra razılaşmanın məzmunundan asılı olaraq növbəti görüşün nə vaxt baş tutacağını təsəvvür etmək olar”, - Ermənistan rəsmisi bildirib.
Qriqoryan sərhədlərin müəyyənləşdirilməsində hansı xəritələrdən istifadə ediləcəyi ilə bağlı suala da cavab verib:
“Dəfələrlə bildirmişik ki, 1975-1990-cı illərin ən son xəritələrini başlanğıc xəritəmiz kimi qəbul edirik. Eksklüziv olaraq topoqrafik, peşəkar xəritələrlə işləyəcəyik və sırf hüquqi əhəmiyyət kəsb edən sənədlərlə də işləməliyik”.
Onun sözlərinə görə, demarkasiya və delimitasiya prosesi kifayət qədər uzun vaxt apara bilər, çünki bu, kifayət qədər mürəkkəb prosesdir:
“İstisna edə bilmərəm ki, bu, illər çəkə bilər. Bunu belə təsəvvür edirik.