Erməni arxiyepiskop Baqrat Qalstanyan azərbaycanlılara nifrətini gizlətməyib.
Teleqraf.com xəbər verir ki, Tavuş yeparxiyasının rəhbəri çıxışında Azərbaycana qisas çağırışı edib və intiqam istədiyini söyləyib.
“Bəli, mən özümü revanşist hesab edirəm, ömrümün son saniyəsinə qədər belə yaşayacam”, - keşiş bildirib.
Qalstanyan bunun “nifrət” yox, “sevgi” olduğunu iddia edib.