18 Dekabr 2023 16:43
2 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş “Sülh qovşağı” layihəsi Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Vahan Kerobyan deyib.

Onun sözlərinə görə, “Sülh qovşağı” Ermənistan əhalisinin rifahının yüksəldilməsi və sosial ədalətin təmin edilməsi mənbəyinə çevrilə bilər:

“Çünki infrastrukturun inkişafı qlobal mallara çıxışı artıracaq”.

Orta Dəhliz Çindən Avropaya uzanan xətdir. Bu, “Şərq-Qərb” və ya “Transxəzər” dəhlizi də adlanır.

“Sülh qovşağı”na gəlincə, bu, Ermənistanla Azərbaycan və Türkiyə arasında nəqliyyat yollarının və ya dəhlizlərinin bərpasını nəzərdə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər