19 Dekabr 2023 13:27
6 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Avropa Birliyi müşahidəçilərinin sayının artırılması missiyanın imkanlarını genişləndirəcək və patrulların sayının artırılmasına imkan verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə missiyanın rəhbəri Markus Ritter məlumat verib.

“Missiyanın heyətinin artırılması AB-nin regionda sülh və təhlükəsizliyə sadiqliyini ehtiva edir. Missiya indi daha çox yerdə patrul həyata keçirə biləcək.

Nəticədə Ermənistan-Azərbaycan dövlət sərhədinin Ermənistan tərəfində təhlükəsizlik vəziyyətini müşahidə etmək və bu barədə məlumat vermək, eləcə də münaqişədən zərər çəkmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək üçün daha çox imkanlarımız olacaq”, - Ritter deyib.

AB bundan əvvəl Ermənistandakı mülki nümayəndəliklərinin sayını 138-dən 209-a çatdırmaq qərarına gəlmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər