Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə yaxın vaxtlarda görüşməyi gözlədiyini və Qara dənizlə bağlı müzakirələrə ümid etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşdükdə deyəcəyik: Gəlin taxıl dəhlizinin işləməsinə şərait yaradaq. Ümid edirəm ki, ondan müsbət cavablar alacağıq və işimizə davam edəcəyik. Biz taxıl dəhlizinin işini bərpa etməliyik. Biz Rusiya, Qətər və Türkiyə üçlü həmrəylik yaratdıq. Qətər bu dəhlizlə gələn taxılı maliyyə səviyyəsində dəstəkləyəcək. Biz onu zavodlarımızda emal edib, sonra Afrika ölkələrinə göndərəcəyik. Biz bu plana əməl edirik”, – Türkiyə lideri bildirib.