21 Dekabr 2023 15:23
28 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Bakı ilə İrəvan arasında ən kəskin ziddiyyətlərin aradan qaldırılması və sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyətini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

Baş Qərargah rəisi bildirib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində siyasi yolda məqsədyönlü iş aparır.

“Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır, amma sabitləşməyə meyllidir”, - Gerasimov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya qoşunları Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər