21 Yanvar 2015 16:28
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov, Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Qonaq Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.

Görüşdə Fransa-Azərbaycan hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər