23 Dekabr 2023 13:14
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın uğursuz əks-hücumundan və rus qoşunlarının inamlı irəliləməsindən sonra Kiyev rejimi 2024-cü il üçün strategiyasına yenidən baxmalı və müdafiəyə keçməli olacaq.

Teleqraf.com xəbər verir ki. bu barədə Almaniyanın “Neue Zürcher Zeitung” nəşri yazıb.

“Hazırda Ukraynanın yeni genişmiqyaslı hücumu üçün potensial yoxdur. Qoşunlar tükənib, kifayət qədər sursat yoxdur. Ukraynada strateji yönləndirmə problemləri müxtəlif qrupların maraqlarının rəqabəti nəticəsində yaranır. Beləliklə, Zelenski çox güman ki, siyasi səbəblərə görə genişmiqyaslı məcburi səfərbərlikdən çəkinəcək. Ukraynanın ABŞ-dan praktiki olaraq mütləq asılılığını və Vaşinqtonda gələcək yardıma görə parçalandığını nəzərə alsaq, Zelenski 2024-cü il üçün siyasətçilər və hərbçilər qarşısında təvazökar məqsədlər qoymalı olacaq. Ukrayna ordusu çıxılmaz vəziyyətə düşüb. Effekli sıçrayış olmayacaq", - nəşr qeyd edib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər