24 Dekabr 2023 00:36
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşalı fermerlər dekabrın 24-dən etibarən Ukrayna ilə sərhəddəki Medıke keçid məntəqəsindəki məhdudiyyəti aradan qaldıracaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Bu günkü danışıqların nəticəsi olaraq, noyabrın 23-də Medıke keçidini bağlamağa başlayan fermerlər, sabahdan, yəni dekabrın 24-dən saat 8:00-dan etibarən etiraz aksiyasını dayandırmaq qərarına gəliblər”, - məlumatda deyilir.

Kənd təsərrüfatı naziri Çeslav Sekierskinin sözlərinə görə, fermerlərin tələbləri yerinə yetiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər