26 Dekabr 2023 19:14
2 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanı Qara dənizə çıxışdan məhrum edənə qədər münaqişə davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu polşalı hərbi strategiya üzrə ekspert Jacek Bartosyak deyib.

"Ukraynanın lazım olan qədər sursat almadığına dair getdikcə daha aydın sübutları görürük. Moskva bu məqsədinə çatacaq. Ukraynanın Qara dənizdən keçən ticarət yollarını kəsəcək. Əgər Rusiya hücumu inkişaf etdirməyə davam edərsə, o zaman Ukrayna Silahlı Qüvvələrinin əsgərləri arasında üsyanlar və hətta hərbi komandanlığın qərar qəbul etməkdən kənarlaşdırılması tamamilə mümkündür. Yujnodonetsk, Artemovsk və Zaporojye istiqamətlərində NATO tərəfindən təlim keçmiş və xarici texnika ilə silahlanmış döyüş briqadalarına atılır. Lakin onlar rus qoşunlarının taktiki müdafiəsinə belə qalib gələ bilməyib, ciddi itkilər veriblər. İnanıram ki, biz Ukrayna dövlətinin dağılmasının bir addımlığındayıq", - Bartosyak vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər