Azərbaycan və Ermənistan sülh müqaviləsinin yekunlaşmasına doğru irəliləyirlər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin katibi Dmitri Peskov deyib.
"Ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək. Biz hamı ilə birlikdə bu işin tamamlanmasını gözləyirik. Əsas odur ki, biz hər iki tərəfdə həm Bakıda, həmçinin İrəvanda siyasi iradənin olmasını görürük. Təbii ki, biz bunu dəstəkləyirik. Sülh müqaviləsinin bağlanması iki ölkə və bütün regionda sabitlik və sülh üçün faydalı olacaq", - Peskov bildirib.