28 Dekabr 2023 15:49
9 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Daxili İşlər Nazirliyinin polis patrulları keçmiş separatçı rejimin başçısı Samvel Şahramanyanı avtomobilini mühafizəçilər və kortejin müşayiəti ilə idarə etdiyinə görə İrəvanda saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Polis Şahramanyana bildirib ki, onun qanunla kortejin müşayiəti ilə avtomobil idarə etmək hüququ yoxdur.

Ermənistan Daxili İşlər Nazirliyi xəbəri təsdiqləyib. Nazirlik separatçıların yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanıldıqlarını, protokol tərtib etmədiklərini, sadəcə xəbərdarlıq etdiklərini vurğulayıb.

Ermənistanda dövlət himayəsində olan şəxslər mühafizəçiləri və kortejləri ilə hərəkət etmək səlahiyyətinə malikdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər