Rusiya Azərbaycanla sərhəddə "Yaraq-Qazmalar" avtomobil buraxılış məntəqəsini açıb.
Teleqraf.com xəbər verir ki, buraxılış məntəqəsinin açılışında Rusiyanın nəqliyyat naziri Vitali Savelyev telekörpü rejimində iştirak edib.
Nazir "Yaraq-Qazmalar" avtomobil buraxılış məntəqəsinin yenidən qurulması sayəsində yük nəqliyyatının buraxılış qabiliyyətinin iki dəfədən çox artdığını deyib. Belə ki, yük nəqliyyat vasitələrinin buraxılışı 2 min yük maşınını ötməklə rekord həddə çatıb.