Türkiyə bundan sonra da qardaş Azərbaycanın yanında olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər Yeni il müraciətində deyib.
“Can Azərbaycanımızla hər sahədə “iki dövlət, bir millət” anlayışı ilə əlaqələrimiz daha yüksək səviyyələrə yüksəlib. Türkiyə ilə Azərbaycan arasındakı bu sarsılmaz qardaşlıq bağı Qafqazdakı problemlərin həlli üçün önəmli bir qapı açıb. İndiyə qədər etdiyimiz kimi, bundan sonra da qardaşlarımızın yanında olacağıq”, - müdafiə naziri bildirib.