Rusiya Azərbaycan və Ermənistanla üçtərəfli sazişlər kompleksinə əsaslanaraq, Cənubi Qafqazda sülhün bərqərar olmasına qəti şəkildə dəstək vermək xəttini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Səfirin sözlərinə görə, Moskva iki ölkə arasında münasibətlərin normallaşması prosesini fəal və qətiyyətlə dəstəkləyir.
“Bütün çətinliklərə baxmayaraq, bu gərgin iş davam edəcək”, - Kopırkin vurğulayıb.