Ermənistan Baş naziri Nikol Paşinyan “yaşatdıqları ağrılar”a görə xalqından üzr istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Yeni il mesajında bildirib.
Paşinyan bu “ağrılar”ı Ermənistanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi üçün yaşadıqlarını söyləyib:
“Tutduğumuz yol haqda düşünəndə anlayıram ki, bu tarix yanlış və düzgün qərarların dərkindən kənardır, biz nə qədər ağır olsa da, dövlətimizin nəsillərə miras qoymağa imkan verəcək yeganə mümkün yolla gedirik. Bu yolun böyük hissəsini keçmişik, amma qarşıda duran yeni sınaqlardan, çətinliklərdən sığortalanmırıq və müstəqil dövlətə sahib olmaq və o dövləti nəsillərimizə miras qoymaq əzmimizdə tərəddüd etməməliyik.
Mən həmçinin son illərdə yaşadığınız ağrılara görə hər birinizdən, Ermənistanın bütün vətəndaşlarından, Qarabağdan olan bütün qardaş və bacılarımızdan üzr istəmək istəyirəm. Hansısa bir cinayət törətdiyim üçün və ya bir anlıq olsa da sizin qarşınızda hansısa məsuliyyəti və ya öhdəliyi unutduğum üçün yox, sizin hisslərinizi bildiyim üçün və mən də eyni şeyi hiss etdiyim üçün üzr istəyirəm”.