Dünən gecədən bəri İsrailin Qəzza zolağına etdiyi hücumlarda 40 nəfər həyatını itirib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 90 gündür ki, davam edir. İsrail ordusunun bölgədə davam edən bombardmanlarında əksəriyyəti uşaq və qadın olan 22 min 313 adam həyatını itirib.
İsrail əsgərləri dünən gecədən bəri Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə təşkil edilən hava hücumunda 20 fələstinli, Fələstin Qızıl Aypara Cəmiyyətinin (FHK) qərargahına təşkil edilən hücumda isə 1 fələstinli həyatını itirib. Bölgənin cənubundakı Rəfah şəhərinə hava hücumu nəticəsində 4 fələstinli ölüb.
İsrail ordusu Xan Yunis şəhərinin qərbindəki Əl-Məsəvi bölgəsinə də hücum edib. Salah ailəsinə aid olduğu müəyyən edilən binaya hücumda eyni ailədən 14 nəfər həyatını itirib, onlarla fələstinli yaralanıb. Səlahiyyətlilər həyatını itirənlərin ən kiçiyinin 5 yaşında olduğunu və demək olar ki, hamısının 10 yaşından kiçik olduğunu bildirib.