Yaxın həftələrdə Rusiya Xarkov vilayətinin Kupyansk şəhərinin tutulması üçün səyləri gücləndirə bilər. Ruslar hələlik regionun digər ərazilərində genişmiqyaslı hücum əməliyyatları keçirməyi planlaşdırmır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna rəsmilərinin sözlərinə görə, ruslar 2024-cü ilin qışında Svatovodan 35 km qərbdə yerləşən Kupyansk və Borovaya şəhərlərini tutmağı planlaşdırır. Analitiklərin fikrincə, bu şəhərlərin ələ keçirilməsi çox güman ki, Ukrayna Silahlı Qüvvələrini Xarkov vilayətində Oskol çayının şərq sahilindən geri çəkilməyə məcbur edəcək və Rusiyanın Kupyansk-Svatovo-Kremennaya xətti boyunca gələcək hücum əməliyyatları üçün şərait yaradacaq.