Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlikdə keçirilən görüşdə Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı Ziya Camal Kadıoğlu da iştirak edib.
Xatırladaq ki, Azərbaycanın bir qrup Vətən müharibəsi qazisi Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdədir.