22 Yanvar 2015 16:21
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri Komandanı general-mayor İbrahim Nasir Məhəmməd Əl-Ələvini qəbul edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tərəflər regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Z.Həsənov Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini xüsusi vurğulayaraq Silahlı Qüvvələrin şəxsi heyətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin hər qarış torpağını işğalçılardan azad etmək üçün döyüşə hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd Əl-Ğafli iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər