İranın Ermənistandakı səfiri Mehdi Sobhani yenə xidmət etdiyi ölkənin müdafiəçisi qiyafəsinə bürünüb.
Teleqraf.com xəbər verir ki, o, jurnalistlərin Zəngəzur dəhlizinin açılması ilə bağlı sualına cavabında növbəti dəfə buna “Ermənistanın ərazi bütövlüyünün pozulması” kimi baxdıqlarını dilə gətirib.
“Biz həmişə Ermənistan Respublikasının suverenliyini dəstəkləmişik. Ermənistanın suverenliyinin pozulmasına səbəb olacaq heç bir şeylə razılaşmırıq. Ermənistanın suverenliyi və ərazi bütövlüyünün pozulması bizim üçün məqbul deyil”, - Sobhani bildirib.