11 Yanvar 16:51
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sərhədin delimitasiya və demarkasiyasını 1974-cü il xəritəsi üzrə aparmaq niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

Onun sözlərinə görə, Bakının dəhlizlə bağlı şərti İrəvanın kommunikasiyaların açılması ilə bağlı “Sülh qovşağı” layihəsinin üstündən xətt çəkir.

Abovyanın fikrincə, Ermənistan Azərbyacandan verilən son mesajları aşağıdakı kimi anlamalıdır:

“Ermənistan Zəngəzur dəhlizi ilə razılaşmasa, regional kommunikasiyalar blokadadan çıxmayacaq;

Azərbaycan silahlı qüvvələri sərhəddəki mövqelərindən geri çəkilməyəcək;

Azərbaycan heç bir ilkin şərt olmadan anklavların (Naxçıvan və Qazaxa aid ümumilikdə 8 kənd) qaytarılmasını tələb edir;

Azərbaycan sərhədin delimitasiya və demarkasiyasını 1974-1977-ci illərin xəritələri üzrə aparmaq niyyətində deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər