12 Yanvar 13:37
4 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizinin açılması hələ də Azərbaycanın gündəmindədir.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Koryun Manukyan deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın nəqliyyat yolları ilə bağlı “Sülh qovşağı” layihəsi Bakıda qəbul edilmir.

Ekspert qeyd edib ki, Bakının İrəvandan tələbləri aşağıdakılardır:

“Azərbaycan Zəngəzur dəhlizinin açılmasını tələb edir;

Azərbaycan mövqelərindən (şərti sərhəddəki) bir millimetr belə geri çəkilməyəcək;

Azərbaycan 4 kənd və 4 anklavı tələb edir;

Azərbaycan 1970-ci ildən sonrakı xəritələrlə razılaşmır, delimitasiya və demarkasiyanı 1970-ci illərdən əvvəlki istədiyi xəritə ilə aparacaq.

Azərbaycan Ermənistanla sülh müqaviləsinə beynəlxalq qaranta ehtiyac görmür”.

Manukyan Paşinyanın Ermənistanın 29.8 min kvadratkilometr ərazisi üçün Azərbaycandan kadastr sənədi almaq istədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər